Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyinin rayonda 2-ci qolu yaradılıb. Bu haqda bu gün, 18 sentyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.
Verilən məlumata əsasən, GİKM-nın yeni mərkəzi Lənkəran Peşə Liseyində olacaq. Həmçinin mərkəzin rəhbəri Vüsalə Səmədova seçilib.
Yeni mərkəzin təqdimetmə zamanı GİKM-nın üzvləri Lənkəran Peşə Liseyində təhsil alan gənclərlə tanış olub.