SON XƏBƏRLƏR

Bu gün lənkəranlı şəhidimiz Qalib Habil oğlu Nurizadənin anım günüdür. Bu haqda məlumatı Cenublu.az verir.

Qəhrəman şəhidimiz 10 iyun 1996-cı ildə Lənkəran rayonu Gəgiran kəndində dünyaya göz açıb. 44 günlük Vətən müharibəsinə kənddən cəbhəyə yollanan 48 gəncdən biri olub.

O, 11 noyabr Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. 10 dekabr tarixində, doğulub böyüdüyü Gəgiran kəndində torpağa tapşırılıb.

Ölümündən sonra, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qalibin 40-ı çıxmamış, atası oğul itkisinə dözməyərək vəfat edib.

Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəranda inşa edilən yeni yaşayış binasından 3 otaqlı mənzil şəhid Qalib Nurizadənin ailəsinə verilib.

Qeyd edək ki, Vətən müharibəsində Gəgiran kəndinin 48 gəncindən 8-i şəhid olub.