Havaların küləkli keçməsi Lənkəranada ziyan vurub. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Belə ki, şəhərin əsas gediş-gəliş küçəsi olan Heydər Əliyev prospektində ağaс, küləyin güclü əsməsi nəticəsində yola aşıb.
Qeyd olunan problem sahil parkından üzü Göyşaban istiqamətində ictimai nəqliyyatın gediş-gəlişində çətinlik yaradıb. Buna səbəb olaraq, sürücülər məcbur qalıb maşınlar üçün nəzərdə tutulmamış həyətyanı sahələrdən keçərək maneəni aşıblar.