SON XƏBƏRLƏR

Lənkəranda Sovet qoşunlarının Əfqanıstan ərazisindən çıxarılmasının 32-ci ildönümü qeyd olunub. Bu haqda Cenublu.az ARB Cənub-a istinadən xəbər verir.

Anım mərasiminə Əfqanıstan müharibəsinin iştirakçıları, Qarabağ qaziləri, rayon ictimaiyyəti qatılıblar. İlk öncə həmin müharibədə həlak olanların abidəsi önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd olunub ki, 10 illik Əfqanıstan müharibəsində 9 mindən çox azərbaycanlı iştirak edib. Onlar I və II Qarabağ müharibələrində də torpaqlarımız uğrunda vuruşublar. Əfqanıstan müharibəsi veteranlarından 17-si Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə orden və medallara layiq görülüblər.

Tədbirdə Əfqanıstan veteranlarının 44 günlük Vətən müharibəsindəki zəhmətinin danılmaz olduğu qeyd olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər