SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) fermerlərə təlim keçirib. Bu haqda məlumat Mərkəzin rəsmi Facebook səhifəsində bu gün, 29 sentyabr paylaşılıb.

İstisu qəsəbəsində keçirilən təlim “İribuynuzlu heyvanlarda qan-parazit xəstəlikləri” mövzusuna həsr olunmuşdur.

Peşəkar ekspert tərəfindən heyvanlarda mövsümi qan xəstəlikləri, qan-parazitar xəstəliklərinin profilaktikası, təsərrüfatda sanitar şəraitin qorunması və doğru dezinfeksiya üsulları ilə bağlı təlimatlar verilib.

10-a yaxın fermerin iştirak etdiyi təlimin sonunda fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, fermerlərin sualları yarandıqda Lənkəran KOBİM-ə müraciət edə bilərlər. Göstərilən bütün xidmətlər ödənişsizdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər