SON XƏBƏRLƏR

Lənkəranda “Fövqəladə hallarla bağlı davranış qaydaları” haqda təlim keçirilib. Bu haqda xəbər Azərtac-da paylaşılıb.

Rayonun Separadi kənd tam orta məktəbində keçirilən tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, təhsil müəssisəsinin müəllim və şagirdləri iştirak ediblər.

Təlim zamanı təlimçilər iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hallarda düzgün davranış qaydaları, yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, 112 – qaynar xətti haqda məlumatlar veriblər.

Görüşün davamında, məktəbin təxliyyə planının düzgün hazırlanmasının və ehtiyyat çıxışının daim yararlı vəziyyətdə saxlanılmasının vacibliyi haqda danışılıb.

Həmçinin, məktəblərin ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunması barəsində danışılıb.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr