“Azərxalça” ASC jurnalistlərin Lənkəran emalatxanasına media-turunu təşkil edib. Əsas məqsəd müasir üslubda toxunmuş Qarabağ xalçasının təqdim etmək olub. Bu haqda məlumatı bu gün, 10 sentyabr Report paylaşıb.
Bu gün kəsilən xalçanın ölçüləri 1,55X1-dir, xalça Səfərova Səmaya tərəfindən toxunub.
Lənkəran emalatxanasının direktoru Nargilə Məmmədova emalatxana haqqında geniş xəbər verib. O qeyd edib: “89 toxucu xanım çalışan emalatxana “Azərxalça” ASC-nin ən çox toxucusu olan və ən geniş emalatxanasıdır. Toxucu xanımlardan ən gəncinin 20, ən yaşlısının isə 62 yaşı var. Bu günə qədər bu emalatxanada 451 xalça toxunub və Bakıya satış mərkəzinə göndərilib. Burada müxtəlif növ çeşnilərdə xalçalar toxunur, lakin üstünlük cənub zonasına xas çeşnələrə üstünlük verilir. İlk dəfə pastel tonlarda modern xalça da məhz burada toxunub”.
Bu günə qədər Lənkəran emalatxanasında istehsal edilən ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub. Ümumilikdə isə balaca xalçalarda 1 kvadratmetri 600 manatdan yuxarı, böyük xalçaların satışı isə 1000 manatdan yuxarı hesablanır.