SON XƏBƏRLƏR

Lənkəranda yazıçı Elşad Baratın “Ölümsüzlər” kitabının təqdimatı keçirilib. Bu haqda məlumatı bu gün, 3 dekabr tarixində Lənkəran Gənclər və İdman idarəsi verib.

Tədbir qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.

Təqdimatda şəhid baş leytenant Vüsal Kazımovun atası LDU-un prorektoru Kamran Kazımov, Lənkəran ŞİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Sadiq Həmidov və digərləri iştirak ediblər.

Onlar öz çıxışlarında şəhidlərimizin göstərdiyi şanlı döyüş yolundan, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər və İdman Məktəbinin direktoru Vüsal Kazımovun vətənpərvərliyindən, yüksək insani xüsusiyyətlərindən bəhs ediblər.

Sonda Elşad Baratın “Ölümsüzlər” kitabı haqqında söhbətlər aparılıb.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər