Lənkəran Dövlət dram teatrında Taleh Qaraşovunda iştirak etdiyi “Vətən müharibəsi” ilə bağlı tədbir keçirilib. Bu haqda bu gün, 8 noyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Tədbir zamanı rəsm sərgiləri və “Zəfər günü”nə həsr olunmuş tamaşalar nümayiş etdirilib.
Həmçinin, təhsil və mədəniyyət müəssisələrində şəhidlərə həsr olunmuş müxtəlif tədbirlər, kitab təqdimatları keçirilib.
Təqdimatın sonunda 44 günlük “Vətən müharibəsi”nə həsr olunmuş tamaşa göstərilib.

