Lənkəran şəhəri Zərifə Əliyeva küçəsindəki zibillər yığışdırılıb. Bu haqda məlumat bu gün, 25 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Daha öncə, Cenublu.az bu küçənin piyada yolunun zibillənməsi haqda yazmışdır.
Qeyd edək ki, səkinin üzərinə atılan tullantılar və kol-koslar nəticəsində piyadalar maşın yolundan istifadə etməyə məcbur qalırdılar. Bu da piyadalara və sürücülərə qəza şəraiti yaradırdır.