Lənkəran Dövlət Universiteti savadlı kadrlarla yanaşı igid qəhrəman oğullar da yetişdirib. Universitetin 2 tələbəsi və 8 məzunu Vətən müharibəsində qəhrəmancasına şəhid olublar. Bu haqda məlumatı LDU-in Mətbuat xidməti verib.
Vətən müharibəsi zamanı LDU-in 28 tələbəsi könüllü olaraq cəbhəyə yollanıblar. Onlardan ikisi şəhidlik zirvəsinə ucalıblar.
Şəhid tələbələrimiz universitetinin Aqronomluq ixtisasının 3-cü kursunda təhsil alan Cəsarət Xaliq oğlu Səfərov və Mühasibat uçotu və audit ixtisası üzrə ikinci ali təhsilini alan Vüsal Kamran oğlu Kazımovdur.
Şəhid məzunlarımız:
- Emil Vaqif oğlu Qurbanov, baş leytenant. Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinin məzunu;
- Tural Arif oğlu Rəhimov, leytenant. Kimya və biologiya müəllimliyi ixtisası üzrə məzunu;
- Elvin Elcin oğlu Bayramov, əsgər. Tərcümə ixtisasının 2020-ci il məzunu;
- Rauf Xəyyam oğlu Cahangirov, əsgər. Maliyyə ixtisasından məzun;
- Fərid Ərəstun oğlu Əsgərov, əsgər. Xarici dili müəllimliyi (ingilis dili üzrə) ixtisasından məzun;
- Cavad Cavid oğlu Hüseynov, əsgər. Biznesin idarə edilməsi ixtisasından məzun;
- Ülvi Arif oğlu Nüsrətbəyli, əsgər. Biznesin idarə edilməsi ixtisasından məzun.