Lənkəran Dövlət Universitetində əyani təhsil ilinin başlamasından sonra pandemiya tələblərinə necə riayət olunması barədə Azərbaycan Televiziyasının axşam buraxılışında paylaşılıb.
5 mindən çox tələbənin təhsil aldığı universitetdə dərs ili başlamazdan öncə dezinfeksiya işləri aparılıb.
Hər bir binanın qarşısına yerləşdirilən mühafizə xidmətinin əməkdaşları tərəfindən müəllimlərin və tələbələrin Covid-19 pasportu yoxlanılır.
“Demək olar ki tələbəlik illərini yaxşı yaşıya bilməmişdik, amma artıq yenidən ənənəvi təhsilə keçmişik” – deyə bir tələbə qeyd edib.
Universitetin auditoriyalarında ara məsafəsi saxlanılır və sanitariya-gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət edilir.
LDU-nin prorektoru Idrak Əsgərov bildirib ki – “Auditoriyalarda dərslər Nazirlər Kabinetinin qərarında göstərilən 70 faiz tələbə sayını aşmamaq şərti ilə təşkil olunmuşdur. Cədvəllər buna uyğun tərtib olunmuşdur ki, mühazirə dərsləri olsun, eyni zamanda seminar dərslərində böyük auditoriya fondundan istifadə olunaraq həmin qaydaya riayət olunmuşdur”.