SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin bakalavriat dərcəsinə qəbul başlanıldı. Bu haqda universitetin rəsmi saytında dərc edilib.

Tələbə adını qazanmış şəxslər 19 sentyabr 2021-ci il, saat 23:59-dək portal.edu.az internet ünvanına daxil olmaqla, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyatdan keçdikdə aşağıdakı sənədlərin portal.edu.az saytına skan versiyalarını əlavə etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin (hər iki üzü)
  • Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış
  • Əvvəlki təhsili barədə sənəd (attestat və ya əvvəlki təhsili barədə diplom)
  • Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (möhür olan bütün səhifələr təqdim olunmalıdır)
  • Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisas üzrə illik təhsil haqqının ən azı 50 (əlli) faizini ödəməlidir.

Abituriyentlər ödənişi 2 formada edə bilərlər:

  1. portal.edu.az saytında “Ödəniş et” bölməsinə daxil olaraq kart vasitəsi ilə.
  2. Kapital Bankın ödəniş terminalları vasitəsi ilə həyata keçirilə bilərlər.

Terminal ilə ödəniş qaydası: https://www.youtube.com/watch?v=CAVbuUZuWn4

 

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr