SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” fakültəsində elmi seminar keçirilib. Bu haqda məlumatı bu gün, 22 sentyabr tarixində universitetin rəsmi Facebook səhifəsi verib.

“Azərbaycanın maliyyə resursları bazarı və onun əsas iştirakçıları” mövzusuna keçirilən seminarda çıxış edənlər Azərbaycanda maliyyə bazarının subyektləri kimi özəl kommersiya bankları, xarici sərmayəli kommersiya bankları, bank olmayan kredit təşkilatları, maliyyə bazarına xidmət edən sığorta şirkətləri haqqında geniş informasiya veriblər, Azərbaycanın maliyyə resursları bazarının inkişaf istiqamətlərini geniş təhlil ediblər.

Elmi seminar diskussiya şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb, məruzə ətrafında müzakirə və fikir mübadiləsi  aparılıb.