SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində (LDU) onlayn-distant formatda Beynəlxalq elmi-praktik konfrans keçirilib. Bu haqda məlumat LDU-nun rəsmi saytında paylaşılıb.

Avrasiya Universitetləri Assosiasiyası ilə birgə təşkil edildiyi konfrans “Azərbaycan yeni inkişaf mərhələsində – postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi: müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusuna həsr olunub.

Konfransda LDU-nun rektoru, professor və müəllim kollektivi, AMEA Lənkəran Regional Elm mərkəzinin direktoru, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin Lənkəran Regional İdarəsinin rəisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, həmçinin Kiyev Milli Qida Texnologiyası Universitetinin müəllimi, Türkiyənin Çukurova Universitetinin Bitki mühafizəsi bölümünün başkanı və digərləri çıxış ediblər.

Konfrans işini bölmələrdə davam etdirəcək. “Ərzaq və qida təhlükəsizliyi-sağlamlığın əsasıdır: problemlər, çağırışlar, perspektivlər”, “Postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyinin aktual problemləri və iqtisadi aspektləri”, “Konfliktlərin və qlobal problemlərin ərzaq və qida təhlükəsizliyinə təsiri” bölmələrində 100-ə yaxın elmi məqalə dinlənilərək müzakirə ediləcək.

 

Mübariz Mənsimov
Sizi maraqlandıran

Bu gün Mübariz Mənsimovun 55 yaşı tamam olur

Bu gün, 22 mart tarixində “Palmali” Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi, iş adamı Mübariz Mənsimovun doğum günüdür. Onun 55 yaşı tamam olur. Mübariz Mənsimov 1968-ci ildə Bakı şəhərində 9 uşaqlı kasıb