SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində (LDU) Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə tədbir keçirilib. Bu haqda məlumat universitetin Facebook səhifəsində bu gün, 22 sentyabr tarixində verilib.

Tədbirdə “Aşıq Ələsgər yaradıcılığında sufilik”, “Aşıq Ələsgərin aşıq yaradıcılığında mövqeyi”, “Aşıq Ələsgər yaradıcılığı və milli-mənəvi dəyərlər müasir dövrdə”, “Aşıq Ələsgərin lirikası”, “Aşıq Ələsgərin dili və Azərbaycan şivələri”, “Aşıq Ələsgər irsi irfani konteksdə”, “Aşıq Ələsgər yaradıcılığının mövzu dairəsi”, “Aşıq ƏLəsgər yaradıcılığında təbiət təsvirləri”, “Aşıq Ələsgər yaradıcılığında xəlqilik”, “Aşıq Ələsgər Azərbaycan ədəbiyyatşünaslığında” mövzularında universitetin müəllimləri və tələbələri çıxış ediblər.

Diskussiya şəraitində keçən tədbirdə Aşıq Ələsgər yaradıcılığının müasir dövrdə təbliği, tədrisi məsələlərinə də toxunulub.

Qeyd edək ki, bu il Aşıq Ələsgərin 200-cü ildönümünün təntənəli şəkildə qeyd olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.