SON XƏBƏRLƏR

Lənkəranın Şəhidlər xiyabanını sakinlərlə yanaşı dövlət qurumlarının nümayəndələri də ziyarət edib. Bu haqda bu gün, 27 sentyabr Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Anım günü ilə əlaqədər “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran bölməsinin, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran KOB İnkişaf Mərkəzinin əməkdaşları və könüllüləri Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarətdən sonra Heydər Əliyev Mərkəzində “Vətən Müharibəsi”-nə həsr olunmuş rəsmlərin sərgisi nümayiş etdirilib. Həmçinin şəhidlərimiz haqqında qısametrajlı filmlər izlənilib.