SON XƏBƏRLƏR

Lənkəranda əcnəbilərin qeydiyyat məsələləri ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib. Bu haqda məlumat Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında dərc edilib.

“Ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması və pandemiya dövründə əcnəbilərin qeydiyyat məsələləri” mövzusuna həsr edilən tədbirdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Dövlət sərhədinə giriş-çıxışa qoyulmuş məhdudiyyətlə əlaqədar ölkəni tərk edə bilməyən əcnəbilərin qeydiyyat məsələləri müzakirə olunub.

Tədbir Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəran rayonu üzrə kənd icra nümayəndələrinin iştirakı ilə keçirilib.