Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bu haqda məlumatı bu gün, 20 yanvar tarixində Azertac verib.
Belə ki, Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Əliyeva-Cəfərova və Günay Hümbətova Anar Sadıqovu kollektivə təqdim ediblər.
Teatrın direktoru Tofiq Heydərov yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin Anar Sadıqov kimi perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.
