SON XƏBƏRLƏR

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində olub. Bu haqda məlumatı Azertac verib.

Lənkəranlı aktyorlar Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ”

Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Tamaşadan sonra lənkəranlı qonaqlar ermənilər tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin və Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəkərək, mənfur qonşularımızın cinayətkar əməlləri ilə tanış olublar.

Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz Lənkəran teatrına qismət olub.

Qeyd edək ki, bu ilin iyul ayında Ağdam və Lənkəran teatrları arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən, teatrlar yaradıcı münasibət qurmalı, qastrol səfərləri təşkil etməli, rejissor, aktyor və təcrübə mübadiləsi aparmalıdılar.

Foto Azertac
Foto Azertac