SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrının aktyoru xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə əməliyyat olacaq. Bu haqda məlumat aktyor Müşviq Şahverdiyevin rəsmi İnstagram hesabında paylaşılıb.

“Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. 2 gün sonra əməliyyata girəcək. Onu sevən hər kəs dua etsin!” – Müşviq öz paylaşımının status bölməsində qeyd edib.

Qeyd edək ki, əməkdar artist Nİftulla Əsgərovun ürəyinə stend qoyulmuşdur.

Lənkəran Dövlət Dram Teatrının aktyoru olan Niftulla Əsgərov “Bığ əhvalatı”, “Qərib cinlər diyarında”, “My name is İntiqam”, “Bayram axşamı” kimi tanınmış filmlərdə rol almışdır.