SON XƏBƏRLƏR

Lənkəran şəhər sakinləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlayn yolla satışı ilə məşğul olduqlarına görə şübhəli bilinərək saxlanılıblar. Bu haqda məlumatı bu gün, 4 oktyabr tarixində Report verib.

 

Baş İdarənin Cənub Bölgəsinin Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Nicat Bağırov, Məzaim Nuriyev, Ağarza Tağıyev və Səfail Rzayev paytaxt və Lənkəran şəhəri ərazilərində saxlanılıblar.

Axtarış zamanı Nicat Bağırovdan 3 kiloqrama yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkarlanıb.

Məzahim Nuriyevin üzərindən və idarə etdiyi avtomobildən isə 4 kiloqram 143 qram heroin, 367 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin, 300 ədəd psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar olunub.

Əməliyyatlar zamanı saxlanılan Ağarza Tağızadə və Səfail Rzayevdən isə ümumilikdə 25 qram heroin və metamfetamin aşkar edilərək götürülüb..

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.