Lənkəranda tərbiyəçi-müəllimlərin erkən yaşda uşaq inkişafı sahəsində biliklərini artırmaq üçün yeni kurs start verilib.
Məktəbəqədər təhsil qruplarında çalışan müəllimlərin bacarıqlarını inkişaf etdirmək üçün 2-ci 108 saatlıq pedagoji kurs keçirilir.
12 həftə davam edəcək kursda qeydiyyatdan keçmiş, layihə çərçivəsində çalışan 155 tərbiyəçi-müəllim iştirak edəcək.
Azəerbayca Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəstəyi ilə icra olunur.