SON XƏBƏRLƏR

Peşə Təhsili Müəssisələrinə tələbə qəbuluna 10 avqust tarixindən start verilib. Bu haqda məlumat Lənkəran Peşə liseyinin rəsmi facebook səhifəsində dərc edilib.

Liseylərə qəbul onlayn ( https://bit.ly/37B9RW4 ) formatda aparılacaq. Qeydiyyatdan keçmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi videotəlimat hazırlayıb https://bit.ly/3fPiSzq

Lənkəran peşə liseyində cari tədris ili üçün dövlət hesabına və ödənişli əsaslarla ixtisaslar acılıb:

Dövlət hesabına

Avtomobillərin təmiri çilingəri – avtomobil sürücüsü – ümümi orta təhsil bazasından, təhsil müddəti – 3 il, tam orta təhsil almaqla

Turizm sahəsində iaşə mütəxəssisi – ümumi orta təhsil bazasından, təhsil müddəti – 3 il, tam orta təhsil almaqla

Kənd Təsərrüfatı, Məhsullarının istehsalı üzrə Fermer – avtomobil sürücüsü – ümümi orta təhsil bazasından, təhsil müddəti – 3 il, tam orta təhsil almaqla

Çilingər-santexnik – ümümi orta təhsil bazasından – təhsil müddəti 2 il

Sənayədə quraşdırma işləri üzrə usta – tam orta təhsil bazasından – təhsil müddəti 1 il

Aşpaz – tam orta təhsil bazasından – təhsil müddəti 1 il

Qənnadçı-şirniyyatçı – tam orta təhsil bazasından – təhsil müddəti 6 ay

Ödənişli hesablarla

Avtomobillərin təmiri çilingəri – avtomobil sürücüsü – ümümi orta təhsil bazasından, təhsil müddəti – 1 il, tam orta təhsil almaqla

Balıq yetişdirməsi üzrə mütəxəssis – tam orta təhsil bazasından – təhsil müddəti 1 il

Son müraciət tarixi 20 avqustdur.

Ətraflı məlumat əldə etmək üçün:

Ünvan: AZ 4200, Lənkəran şəhəri H.Z.Tağıyev 118. Telefon: 2542827. Poçt ünvanı: [email protected]

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər