SON XƏBƏRLƏR

Lənkəran şəhər Uşaq Gənclər İdman məktəbində şəhidlərimizin adına xatirə lövhəsi ucaldılıb. Bu haqda məlumatı bu gün, 20 dekabr tarixində Cenublu.az verir.

Belə ki, girişdə məktəbin yetirmələri olan şəhidlər, boks üzrə idmançı Rameş Zəkiyevin, “Təhsil” RİM-nin Lənkəran şəhər UGİŞ məktəbinin Ağır Atletika üzrə məşqçi-müəllimi Emil Qurbanovun, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM -nin direktoru Vüsal Kazımovun və Yunan-Roma güləşi üzrə idmançı Romir Əliyevin şəkilləri “Qarabağ Azərbaycandır” şüarı altında ucaldılıb.