SON XƏBƏRLƏR

Lənkəranın bir sıra kəndlərində internet xəttləri yoxdur. Bu haqda məlumat bu gün, 14 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, sakinlərin sözlərinə görə, rayonun Kərgəlan, Zövlə və Günəhir kəndlərində internet xəttləri hələ də çəkilməyib.

“Zövlə kəndi nə dağ, nədə ki ucqar kənddir, amma bizə hələ də internet çəkməyiblər. Müraciət edirik, lakin konkret bir söz deyilmir” – deyə kənd sakini söyləyib.

“Bizim kənd Lənkəran şəhərinə ən yaxın kəndlərdən biridir. Kərgəlanda nə internet, nədə ki telefon xəttləri hələ də çəkilməyib”- sakin qeyd edib.

“Günəhirdə də eyni vəziyyətdir. Məcburən mobil internetdən istifadə edirik. Buda bizə çox baha başa gəlir”- başqa bir sakib söyləyib.

Qeyd edək ki, Cenublu.az daha öncə Astara rayonunun kəndlərindəki internet problemi haqda yazmışdır.