Bu gün, 26 oktyabr tarixində Vətən Müharibəsi şəhidləri Ramid Kamal oğlu Əliyevin və Elməddin Ələddin oğlu Məmmədlinin ildönümü mərasimləri keçirilib. Onlar haqda məlumatı Cenublu.az təqdim edir.
Ramid Kamal oğlu Əliyev 1996-ci ildə Lənkəranın İstisu qəsəbəsində anadan olub. O, 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından (ADBTİA) məzun olub. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adına ADBTİA-da fəxri təqaüd təyin olunub.
Elməddin Ələddin oğlu Məmmədli 26 aprel 1995-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açıb. 2012-ci ildə Lənkəran rayon M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbi bitirib. 2013-2014-cü illərdə Naxçıvan MR nümünəvi hərbi xidmətə görə “Fəxri Fərmanla” təltif olunub. 27 sentyabr 2020-ci ildə könüllü olaraq müharibəyə gedib. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.