SON XƏBƏRLƏR

Bu gün, 23 oktyabr tarixində şəhid Ehtiram Hüseynlinin ildönümü mərasimi keçirilir. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Belə ki, baş leytenantın ildönümü ilə əlaqədar onun yaşadığı Səttərxan küçəsində çadır qurulub. Lənkəranın ziyalıları və şəhidimizin ailəsi onun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar. Daha sonra qəhrəmanımızın adına ehsan veriləcək.

Qeyd edək ki, Ehtiram Hüseynli 17 aprel 1977-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunu (APİ) bitirdikdən sonra Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. Azərbaycan Ordusunun baş leytenantı olan igidimiz Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az