SON XƏBƏRLƏR

Bu gün, 19 oktyabr tarixində şəhidimiz Fariz Zülfüqarzadənin ölümündən bir il ötür. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Şəhidimizin ildönümü mərasimi ilə bağlı böyüdüyü Səttarxan küçəsində çadır qurulub. İl mərasimində bir çox dövlət məmurlarının, həmçinin şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirak edəcəyi gözlənilir.

Şəhid Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə zamanı iki dəfə yaralanıb, lakin hər dəfə döyüş meydanına qayıdıb. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verib.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Masallı Rayon İcra Hakimiyyəti
Sport

Masallıda minifutbol turnirinin açılış mərasimi keçirilib

Masallı rayon Sərçuvar kənd stadionunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında gənclər arasında minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən