SON XƏBƏRLƏR

Bu gün, 24 noyabr Lənkəran torpağında böyüyüb başa çatan igidimiz Ayxan Fariz oğlu Qurbanzadənin şəhidlik zirvəsinə ucalan gündür. Bu haqda məlumatı Cenublu.az verir.

Ayxan Qurbanzdə 25 iyul 1998-ci ildə Lənkəran rayonu Şağlaküçə kəndində dünyaya göz açıb. 22 yaşlı gənc igidimiz 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Vətən torpaqlarını azad etmək üçün o, sonunadək savaşıb. 26 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Nəşi 24 noyabr ailəsinə təhvil verilib və doğma kəndi – Şağlaküçədə dəfn olunub.

Ölümündən sonra, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.