Lənkəran şəhərində yerləşən “Böyük bazar”-ın işçiləri Cenublu.az-a bu gün, 30 sentyabr tarixində müraciət ediblər.
Onların sözlərinə görə, kanalizasiya sisteminin olmaması və xəndəklərin dolub daşması nəticəsində bazarı su basıb. “Mallarım yaş olaraq yararsız hala düşüb”- deyə bir satıcı qeyd edib. “Bu şəraitdə müştərilər də olmur, nəticədə bizim işimiz getmir” – digəri söyləyir.
Qeyd edək ki, “Böyük bazar”ın yağış sularının xətt sisteminin təmirə ehtiyac olması haqda Cenublu.az daha öncə yazmışdır.

