SON XƏBƏRLƏR

Azərbaycanın ən böyük bazarlarından biri olan Lənkəran bazarı bağlana bilər. Bu haqda məlumat bu gün, 1 fevral tarixində Qaynarinfo.az-da paylaşılıb.

Verilən məlumat əsasən, “Lənkəran-Bazar” ASC-nin hazırda maliyyə problemlərinin olduğu qeyd olunub. Borcların çox olması səbəbindən bazarın bağlana biləcəyi iddia olunur.

Qaynarinfo bildirib ki, bazarın vergi borcu var və  “Lənkəran-Bazar” ASC-nin bu günə olan vergi borcu 21.328,79 AZN təşkil edir.

“Lənkəran-Bazar” ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2.005.978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.