SON XƏBƏRLƏR

Tədris ilinin başlanması ilə əlaqədar Lənkərandan Bakıya gedən avtobusların sayı artırılacaq. Bu haqda məlumatı 20 sentyabr Report Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən verir.

Ali məktəblərin açılması ilə əlaqədar tələbələrin Lənkəranda Bakıya üz tutacaqları güman edilir. Bu səbəbdən də, avtobusların sayını iki dəfə çoxaltmaq nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, avtovağzalda sərnişinlərdən Covid-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, Covid-19-un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçiriləcək.