SON XƏBƏRLƏR

Lənkəranın “Böyük Bazar” məscidində “Vətən müharibəsi” şəhidlərinin şərəfinə anım mərasimi keçirilib. Bu haqda məlumatı bu gün, 27 sentyabr Report verir .

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Hacı Qəni Axundzadə, ruhanilər və şəhid valideynləri iştirak etdilər. Onlar azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına, qazilərimizin isə sağlıqlarına qovuşmaları üçün Allaha dualar etdilər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam 2 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin tərəfindən imzalanmışdır.