SON XƏBƏRLƏR

Lənkəran şəhərində avtomobil yanıb. Bu haqda məlumat bu gün, 9 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.

Şəhərin “Ləvəngi” dairəsi adlanan ərazisində “VAZ” markalı avtomobilin salon hissəsi yanıb.

Hadisə yerinə yanğınsöndürmə qüvvələrinin əməkdaşları cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qafqazinfo-da paylaşılan məlumatda ehtimal olunur ki, avtomobil qəsdən yandırılıb.

Lənkəran sakini Sabir Əliyev qanunsuz elektrik xətti çəkdiyinə görə “Azərişıq” ASC əməkdaşı Rauf Kərimov qanunsuzluqla bağlı akt tərtib edib. Buna qəzəblənən Sabir Əliyev Kərimovun avtomobilinin üzərinə benzin tökərək yandırıb.

DİN Mətbuat xidmətindən bildirilib ki,  araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.