SON XƏBƏRLƏR

Avtomobil qəzası nəticəsində Lənkəranın Vilvan kəndinin enerji təchizatı kəsilib. Bu haqda məlumatı Apa verib.

Qəza 9 yanvar gecə saatlarında Lənkəran – Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.

Masallı rayonunun Boradigah qəsəbə sakini, 33 yaşlı Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı “KIA” markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb.

Qəza nəticəsində avtomobildə olan 40 yaşlı sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər