SON XƏBƏRLƏR

12 noyabr saat 11:00-da Bakıda EU4Culture-da keçiriləcək tədbirdə 30.000 avro qrant alacaq Azərbaycanın üç seçilmiş şəhərindən biri Lənkəran olacaq. Bu haqda məlumatı bu gün, 4 noyabr tarixində Apa verib.

2021-ci ilin may ayında başlayan müsabiqə qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Azərbaycandan müsabiqəyə üç şəhər seçilib – Şəki, Xırdalan və Lənkəran.

Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30.000 avroya qədər qrant alacaqlar. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.

Qeyd edək ki, müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 Avroya qədər qrant alacaq.