Təhsil naziri Emin Əmrullayev Rayon və şəhər təhsil şöbələrinin əsasında Regional təhsil idarələrinin yaradılması ilə bağlı əmr imzalayıb. Bu haqda məlumatı Apa verib.
Əmrə əsasən, Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılacaq. İdarə Lənkəran şəhərində yerləşəcək.
Qeyd edək ki, 20 dekabr tarixində Prezident İlham Əliyev Regional Təhsil İdarələrinin yaranması ilə bağlı sərəncam imzalayıb.