Lənkəran – Astara bölgəsində axan çayların su səviyyəsində artım müşahidə olunub. Bu haqda məlumatı bu gün, 9 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Trend-ə verib.
Belə ki, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində 20 sm, Viləşçay-Şıxlar məntəqəsində 13 sm, Lənkərançay-Sifidorda isə suyun səviyyəsi 7 sm artıb.
Qeyd edək ki, soz zamanlar hava şəraitinin yağıntılı keçməsi suyun səviyyəsinin artmasına səbəb olub.