SON XƏBƏRLƏR

Lənkəran şəhəri Səttərxan küçəsində üstü açıq arxlar əhaliyə çətinliklər yaradır. Bu haqda 13 avqust tarixində Cenublu.az müxbiri xəbər verib.

Sakinlərin sözlərinə görə, gecə olduqda kanala avtomobillər düşür və onlara ciddi zərər dəyir.

Müxbirin verdiyi məlumata əsasən sakinlər müvafiq orqanlara müraciət ediblər ki, arxların üstünü bağlasınlar, lakin kanal hələ də eyni vəziyyətdədir.