SON XƏBƏRLƏR

Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərində “Art-terapiya” təlimləri baş tutub. Bu haqda məlumat Lənkəran gəncləri səhifəsində paylaşılıb.

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər öz arzularını rahat şəkildə ifadə etmək bacarıqlarını inkişaf etdiriblər.

Tədbirdə şagirlərə sevinclərini paylaşmaq, onları qorxularından azad etmək, həmçinin yeni bilik və bacarıqları haqda məlumatlar veriblər.

Görüşün sonunda təlimçilər iştirakçılar ilə birlikdə keçirdikləri praktiki məşğələ zamanını dəyərləndirblər.