Lənkəran rayonunun Viravul kənd 2 nömrəli və R.Məmmədov adına 5 nömrəli tam orta məktəblərində 27 sentyabr “Anım Gününə” həsr olunmuş tədbirlər keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi paylaşıb.
Tədbirlərdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdə keçirilən tədbir “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusuna həsr olunub.
Hər iki tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Həmçinin, Vətən müharibəsində şəhid olan lənkəranlıların xatirəsini əbədiləşdirmək üçün lövhənin açılışı olub.
Mərasimlər Lənkəran şəhərindəki Şəhidlər xiyabanının ziyarəti ilə yekunlaşıb.