SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Lənkəran rayonunda təlimlər keçiblər. Bu haqda bu gün, 13 noyabr tarixində FHN-nin rəsmi saytında məlumat paylaşılıb.

Zərərçəkmiş şəxsləri alpinist ləvazimatları ilə xilas edilməsi üzərində məşq edilib.

Təlimin əsas şərtləri qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi və təxliyənin təşkili vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Müvəffəqiyyətlə bitən təlimin sonunda təlimin təhlili aparılıb, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

FHN sayt
FHN sayt
FHN sayt
FHN sayt