SON XƏBƏRLƏR

“Al Market”lər şəbəkəsinin Lənkəran filiallarından birində karantin qaydalarının pozulması halı aşkarlanıb. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində Lent.az verib.

Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. İş hakim Toğrul Məmmədovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında “Al Market” 400 manat məbləğində cərimələnə bilər.