SON XƏBƏRLƏR

Lənkəranda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb. Bu haqda bu gün, 7 dekabr tarixində Azərtac-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Lənkəran rayon sakini saxlanılıb. A.Axundzadə, COVİD-19 infeksiya testinin pozitiv çıxmasına baxmayaraq, ictimai yerdə aşkarlanıb.

Polis əməkdaşları tərəfindən tibbi prosedurlar gözlənilməklə A.Axundzadə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.