SON XƏBƏRLƏR

Aktiv koronavirus xəstəsi Lənkəran polisi tərəfindən saxlanılıb. Bu haqda məlumat bu gün, 2 dekabr tarixində APA-da paylaşılıb.

Lənkəran Rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat zamanı aktiv COVİD-19 xəstəsinin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Lənkəran rayon sakini İ.Ağazadə saxlanılıb. COVİD-19 infeksiya testi pozitiv olan vətəndaşa qaydalara riyaət etməsi və evi tərk etməməsi tapşırılıb.

Vətəndaşın törətdiyi əmələ görə hüquqi qiymətləndirilmə işləri aparılır.