SON XƏBƏRLƏR

Lənkəranda aktiv koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib. Bu haqda məlumat bu gün, 4 dekabr tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVİD-19 testi pozitiv çıxan şəxs saxlanılıb. Lənkəran rayon sakini K.Nəcəfəliyevə ev şəraitində müalicə təyin edilib və yaşadığı ünvanı tərk etməməsi tapşırılıb.

Tapşırıqlara riayət etməyən K.Nəcəfəliyev yaşadığı ərazidə olan çayxanaya getdiyi müəyyən olunub. O, polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılıb.

Şəxsin törətdiyi qanunsuzluğa görə hüquqi qiymətləndirmə aparılacaq.