Bir müddət öncə Cenublu.az Lənkəran şəhəri Şah İsmayıl Xətai küçəsində işıqlandırma işlərinin küçənin yarısında dayandırılması haqda məlumat vermişdir.
Belə ki, 10-a yaxın ailənin yaşadığı küçədə işıqlandırmanın sonadək çəkilməməsi onların narahatlığına səbəb olmuşdur.
Sakinlərin sözlərinə görə, Cenublu.az bu problemi işıqlandırdıqdan sonra küçənin sonuna kimi işıq dirəklərinin çəkilməsi işləri başlanılıb. Hal-hazırda ərazidə işlər davam edir.
