SON XƏBƏRLƏR

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Murad Əskərzadənin cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub. Bu haqda məlumatı bu gün, 23 sentyabr Report verib.

Belə ki, məhkəmənin hökmü ilə 29 yaşlı Murad Əskərzadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əskərzadə 19 iyul 2020-ci ildə Lənkəran şəhəri, Sahil küçəsində aralarında baş verən münaqişə zamanı üzərində olan bıçaqla R.Rahmanovu qəsdən öldürməyə cəhd edib, onları ayırmağa çalışan M.Məmmədova isə xəsarətlər yetirib.