SON XƏBƏRLƏR

Lənkəranda yeni təmir edilmiş Zövlə kənd orta məktəbinin qarşısındakı həmişəyaşıl ağacların kəsildiyi söylənilir. Bu haqda məlumat 3 sentyabr sosial şəbəkələrdə yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə cavab olaraq bildirilib ki, yayılmış məlumatlarla əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional ekologiya idarəsi tərəfindən araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcək.